Hindistanda meymun 4 aylıq körpəni damdan atdı

10:05 29.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Rampur şəhərində meymunun 4 aylıq körpəni damdan atdığı bildirilir.

Hafta.az-ın “Hindustan Times”a istinadən yazdığına görə, 4 aylıq körpəsinin yoxa çıxdığını anlayan ailənin evdən çölə çıxanda meymunun kiçik qızı tutaraq divara dırmaşdığını gördüyü bildirilib. Ailənin körpəni xilas etmək üçün əllərindəki əşyalar atmasından sonra meymunun kiçik qızı dırmaşdığı yerdən üzüaşağı atdığı qeyd edilib.

Xəbərdə təxminən 4,5 metr hündürlükdən düşən körpəni ailəsi tərəfindən tutulduğu, hadisə zamanı xəsarət alan qızın başına 10 tikişin atıldığı, səhhətinin yaxşı olduğu bildirilib.