Hindistanın “Çandrayaan-3” stansiyası Aya uğurla eniş edib

18:43 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın avtomatik planetlərarası stansiyası (AMS) Chandrayaan-3 uğurla Aya yumşaq eniş edib. Eniş Hindistan Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən canlı yayımlanıb.

Yumşaq eniş Moskva vaxtı ilə təxminən saat 15:35-də Ayın Cənub Qütbünün yaxınlığında baş verib.

Beləliklə, Hindistan Ayın səthinə yumşaq eniş edə bilən kosmik güclərin elit klubuna daxil olub. Əvvəllər bu imkanı SSRİ, ABŞ və Çin nümayiş etdirmişdi.