Hövsanda 46 yaşlı qadın qətlə yetirilib

23:58 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseyinqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən,1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

Araşdırma aparılır.