Yazını böyüt
Yazını kiçilt
Kanadanın baş naziri Castin Trüdo Facebook və Instagram-ın sahibi Mark Zukerberqi yanğınlarla bağlı xəbərlərə görə tənqid edib. Bu barədə Associated Press xəbər verir.
Kanada hökuməti başçısının sözlərinə görə, Facebook-un siyasəti ucbatından kanadalılar hazırda ölkədə tüğyan edən yanğınlar barədə vaxtında məlumat ala bilmirlər. Xüsusilə, təkcə Britaniya Kolumbiyası əyalətində onlara görə 30 mindən çox insan təxliyə edilib.
Bəyanat Facebook-un Kanada xəbər resurslarına keçidləri bloklamaq qərarına reaksiya olub. Ölkə texnologiya şirkətlərinin internetdəki xəbərlərinə keçid üçün nəşriyyatlara pul ödəməyi tələb edən qanun layihəsini qəbul edib. Facebook-dan başqa, Google-un sahibi olan Alphabet şirkəti də eyni qərarı verməyə hazırlaşır.