Karantin qaydalarını pozan şəxs oğru çıxdı

17:49 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanıb. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 kombi, suqızdırıcı, 3 maqnitofon, monitor, 4 mobil telefon, mətbəx bıçağı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.