Yazını böyüt
Yazını kiçilt
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə əklil qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirib.