"Aropa İttifaqı Azərbaycan iqtisadiyyatının inkişafına sərf edəcəyi investisiyanın həcmini artırmağı nəzərdə tutur”.
Hafta.az-ın yazdığına görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O qeyd edib ki, hazırda Azərbaycanda Avropa İttifaqının 400-dən artıq şirkəti fəaliyyət göstərir.
“Bizim şirkətlər yalnız paytaxt Bakıda deyil, bölgələrdə də iş qururlar. Biz orta və kiçik sahibkarlığa ciddi dəstək veririk. İndiyədək 13 min belə subyektə yardım göstərmişik və nəticədə onlar 62 milyon avroyadək gəlir əldə ediblər", - deyib cənab səfir.
P.Mixalko əlavə edib ki, xüsusilə kənd yerlərindəki istehsalçıları dəstəkləmək çox vacibdir və bu istiqamətdə onlarla fəal əməkdaşlıq edilir. “Kəndlərdəki kiçik istehsalçılara öz işlərini genişləndirərək irəli aparmaları üçün Avropanın son model texnalogiyasını çatdırırıq”, - deyib Aİ-nin ölkəmizdəki səfiri P.Mixalko.