Kiçik bələdiyyələr birləşdirilsin - Kamran Bayramov

12:40 24.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bələdiyyələrin faəliyyətində müəyyən irəliləyişlər olsa da, qurumun cəmiyyətdəki rolu qənaətbəxş deyil. Yerli özünüidarəetmə orqanı böhrana doğru gedir. Bələdiyyələr müasir inkişaf prosesi ilə ayaqlaşa bilmirlər”.

Bunu Milli Məclisin bugünkü Plenar iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahidovun Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirilməsi ilə təqdim etdiyi məruzəsinin müzakirəsi zamaı deputat Kamran Bayramov bildirib.

Deputat qeyd edib ki, heç bir gənc işləmək üçün bələdiyyələrə getmək istəmir. Onun sözlərinə görə, nəzərə alsaq ki, növbəti bələdiyyə seçkilərinə 2 ildən az vaxt qalır, “bu böhran vəziyyətdə Bələdiyələrə seçilməyə və seçməyə kim gedəcək” sualı yaranır.

Deputat bildirib ki, Bələdiyyə sistemində köklü islahatlara getməyin zamanıdır. O, bir çox xırda bələdiyyələrin birləşməsi ilə bir çox problemlərin həllinin asanlaşmasına da yol açılacağını deyib.
K.Bağırov vurğulayıb ki, Bakıda 53, Bərdədə 66, Şərurda 52, Ağcəbədidə 41 və sair bələdiyyələr var ki, bunların əksəriyyəti də xırda zəif bələdiyyələrdir. O, ümumən xırda bələdiyyələrin 87 faiz təşkil etdiyinin deyib.

“Burada daha çox şəhər bələdiyyələri qazanır, xırda kənd bələdiyyələri kənarda qalır. Bələdiyyələrin maliyə imkanı olmasa, cəmiyyət üçün heç bir xeyri olmayacaq. Düşünürəm ki, islahatdan sonra bələdiyyənin cəmiyyətimizdə rolu arta bilər”