Kinematoqrafçılar İttifaqının sədri postuna NAMİZƏDLƏR

09:52 11.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Hafta.az xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir./apa/