Yazını böyüt
Yazını kiçilt
Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində Ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da Silahlı Qüvvələrə və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a bildiriblər ki, Kiyev Azərbaycanlıları Konqresi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanan, hərbi hospitallarda müalicə olunan hərbçilərimiz üçün nəzərdə tutulmuş 10 ədəd əlil arabasını Komitəyə göndərib.
Əlil arabaları çatdırılması üçün aidiyyəti quruma təhvil verilib.