KOBİA-nın rəhbərliyi “Coca-Cola” istehsalat fabrikində olub

16:40 09.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sahibkarlıq subyektlərinin fəaliyyəti və istehsal prosesi ilə yerində tanışlıq məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin Sulutəpədə yerləşən istehsalat fabrikində olub.

KOBİA-dan hafta.az-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov fabrikin iş prosesi, sərinləşdirici içkilərin istehsalı və qablaşdırılması ilə tanış olub, KOB-ların şirkətin dəyər zəncirinə necə töhfə verə biləcəyinə, şirkətin yeni layihələrinə, qida və sərinləşdirici içki sektorundakı fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Oxunma sayı 147