Köhnə hamamdan 41 yaşlı kişinin meyiti tapıldı

11:14 08.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Köhnə Hamam" deyilən tikilinin içində kişi meyiti tapılıb.

Araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.