Komitə sədrindən xəbərdarlıq

15:10 12.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Baş planı şəhərin zonalaşdırılması, eyni zamanda, müvafiq məhdudiyyətlərin tətbiq edildiyi sənəddir. Bununla yanaşı, sənəddə bir çox yeni şəhərsalma yanaşmalar üzrə Bakıya uyğun təkliflər veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri Bakıda gedən tikinti bumu ilə bağlı xəbərdarlıq edib.

“Tarixi mərkəzlərdə gedən tikintilərdə tarixilik qorunmalıdır. Əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti qorunmalıdır. Həmin ərazilərdə aparılacaq yeni işlər həmin mühitə uyğun aparılmalıdır. Bu, istər bərpa işlərində, istərsə də yeni bina tikintisində qorunmalıdır”, - Anar Quliyev qeyd edib.

"Bakı şəhərinin Baş planı tezliklə təsdiq olunmalıdır".

Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı işlər artıq bitib:

"Baş plan şəhərin zonalaşdırılmasını, müvafiq məhdudiyyətləri özündə əks etdirir. Paytaxta uyğun müasir şəhərsalma yanaşmaları da plana salınıb".