Koronavirus xəstələrinin yaşa görə evdə müalicə qaydaları açıqlandı

13:00 27.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli qərarına əsasən, asimptomatik və yüngül simptomlu xəstələr evdə özünü təcrid şəraitində müşahidədə saxlanılır.

Hafta.az xəbər verir ki, evdə müşahidə prosesini müvafiq sahə poliklinikaları həyata keçirir.

Rəsmi məlumata görə, 7 may-7 iyun 2020-ci il tarixləri arasında COVID-19 laborator təsdiqlənmiş 1 356 nəfər xəstə aktiv müalicə alıb. Onlardan 264 nəfər ağır xəstə olub. Ağır xəstələr yaş qrupu üzrə aşağıdakı kimidir:

 

S/S Yaş qrupu Say
1 30-40 18
2 41-45 11
3 46-55 44
4 56-65 105
5 65 yuxarı 86
  Cəmi: 264

 

Bu statistik göstəricilər və bir sıra ölkələrin tətbiq etdiyi təcrübəyə əsaslanaraq xəstələrin çeşidlənməsi aşağıdakı kimi aparılacaq:

COVID-19 xəstəliyinə götürülmüş analiz nəticələri pozitiv çıxan bütün şəxslərə dərhal SMS vasitəsilə müvafiq məlumat və evdə məcburi özünü təcridin davam etdirilməsi barədə xəbərdarlıq göndərilir.

0-45 yaş arası xəstələr:

Bu yaş qrupundan olan pozitiv halların çeşidlənməsi müvafiq sahə poliklinikalarının həkimləri tərəfindən telefon vasitəsilə aparılır. Bakı şəhərində çeşidləmə Heydər Əliyev Mərkəzində yerləşən çağrı mərkəzində çalışanlar və Bakı Baş Səhiyyə İdarəsinin burada işləməyə cəlb edilmiş əməkdaşları tərəfindən koordinasiya edilir. Laborator analizlərin pozitiv nəticələri gün ərzində dinamik olaraq proqram təminatı vasitəsilə çağrı mərkəzinə ötürülür. Çağrı mərkəzində müvafiq məsul şəxslər tərəfindən xəstələrin faktiki yaşayış ünvanına uyğun olaraq cavabdeh poliklinika müəyyən edilir. Xəstələrin siyahısı gün ərzində dinamik olaraq müvafiq cavabdeh poliklinikalara göndərilir. Cavabdeh poliklinikalar onlara verilmiş risk şkalasına uyğun olaraq ev telefonu vasitəsilə hər bir xəstə ilə sorğu keçirir. Sorğunun nəticəsinə əsasən, COVID-19 triaj alqoritminə uyğun olaraq xəstənin evdə özünü təcrid şəraitində müşahidədə saxlanılması və ya xüsusi rejimli xəstəxanaya göndərilməsi barədə qərar qəbul edilir. Evdə müşahidədə saxlanılacaq xəstələr müvafiq rəhbərlikdəki metodik tövsiyələrə əsasən poliklinikalar tərəfindən nəzarətdə saxlanılır, müşahidə nəticələri qaydaya uyğun olaraq gündəlik elektron ambulator karta daxil edilir. Xüsusi rejimli xəstəxanaya göndəriləcək xəstələrin siyahısı müvafiq poliklinika tərəfindən təxliyənin koordinasiyası üçün TƏBİB-in müvafiq əməkdaşlarına ötürülür.