Koronavirusa qarşı vaksinin sınaqdan keçiriləcəyi tarix açıqlandı

11:45 21.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində yeni növ koronavirusa qarşı vaksinin kliniki sınaqları ən tez aprel ayının sonunda həyata keçiriləcək.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, bunu Çinin Elm və Texnologiya nazirinin müavini Süy Nanpin bəyan edib.

Onun sözlərinə görə, hal-hazırda Çində vaksinin hazırlanması digər dövlətlərlə sinxron şəkildə həyata keçirilir.

Qeyd edək ki, fevralın 20-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı preparatların sınağının nəticəsini üç həftə ərzində əldə etmək niyyətindədir.