Yazını böyüt
Yazını kiçilt
Son günlər sosial mediada xəstəxanada müalicə alan xəstələr xəstəxanalardakı şəraitsizlik, baxımsızlıqdan şikayət edirlər. Videogörüntülər çəkib aidiyyatı orqanlara müraciət edirlər. Həqiqətən vəziyyət belədirmi?
Hafta.az Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikasının həkimi Məlahət Hümmətqızı ilə əlaqə saxlayıb. O deyib ki, işlədiyi klinikada xəstələrə yüksək şərait yaradılıb:
"Xəstələr tibbi vasitələrlə tam təmin edilir. Bundan əlavə otaqlarda televizorlar quraşdırılıb. Gündə üç dəfə yemək verilir. Həkimlər daim nəzarət altında saxlayır"
Qeyd edək ki, koronavirusa yoluxmuş jurnalistlər də onlara diqqətsizlik göstərilməsindən şikayət edirlər.