Kral III Çarlz Britaniya krallarının qul ticarəti ilə əlaqəsinin araşdırılmasını dəstəkləyib

13:15 07.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bukingem Sarayı Britaniya monarxiyasının qul ticarəti ilə əlaqələrinin araşdırılmasına dəstək verdiyini elan edərək yeni bir zəmin yaradıb.

Hafta.az-ın “Guardian”a istinadən yazdığına görə, qəzetin monarxiyanın qul ticarətindən əldə etdiyi gəlirləri açıqladığı araşdırmanın əks-sədası davam edir. Tədqiqat həmçinin 270 illik müddət ərzində 12 kral və kraliçanın qul ticarəti ilə əlaqələrini ortaya qoyan əvvəllər dərc olunmamış yazışmaları da özündə cəmləyib.

"Guardian" qeyd edib ki, sözügedən araşdırmadan sonra Bukingem Sarayı ilə əlaqə saxlanılıb və onlara Kral III Çarlzın, monarxların qul ticarətindən əldə etdikləri sərvətlərlə bağlı araşdırmaları dəstəklədiyini deyiblər. Saraydan verilən açıqlamada bildirilib ki, "Kral məsələyə son dərəcə ciddi yanaşır".

Açıqlamada Çarlza ötən ilin iyun ayında Ruandaya səfəri zamanı etdiyi çıxışda "Bu qədər insanın əzabları qarşısında şəxsi kədərimin dərinliyini təsvir edə bilmərəm" sözləri də xatırladılıb.

Bukingem Sarayı, Tarixi Kral Sarayları quruluşunun Çarlzın göstərişi ilə oktyabrda bu mövzuda başladılan müstəqil araşdırmanın dəstəkçilərindən biri olduğu bildirilib. Bu araşdırmada 17-18-ci əsrlərdə Böyük Britaniya monarxiyasının Atlantik okeanında qul ticarəti ilə əlaqəsinin araşdırıldığı bildirilib. Bu istiqamətdə kral arxiv və kolleksiyalarına çıxışın təmin edildiyi də paylaşılıb.

Qeyd edək ki, Bukingem Sarayı ilk dəfədir kral ailəsinin qul ticarəti ilə əlaqəsini araşdırmağa açıq şəkildə dəstək verir.

Araşdırma çərçivəsində məşhur qul taciri Edvard Kolston, dövrün Kralı III Uilyama qul ticarətindən əldə etdiyi gəlirdən 1000 funt sterlinq verdiyini göstərən bir sənəd də üzə çıxarılmışdı. Sözügedən sənəd Londondakı arxivlərdə Virciniya Birlik Universitetindən tarixçi Bruk Nyuman tərəfindən tapılıb.

Avropa dövlətlərinin müstəmləkəçilik və köləlik fəaliyyəti ilə məşğul olduğu Karib hövzəsinin 20 ölkəsini təmsil edən Caricom Kompensasiya Komissiyasının sədr müavini Erik Filips kralın bəyanatının müsbət addım olduğunu, lakin Çarlzın monarxın qul ticarətində rolunu birbaşa etiraf etməli olduğunu bildirib.

Siyasət rubrikasından digər xəbərlər