Son 24 saatda ən böyük kriptovalyuta olan Bitcoin 7 faizdən çox artaraq 71900 dollara satılıb. Ethereum isə 18 faiz artaraq 3700 dollar həddini keçib. Səhər saat 5:30-a olan məlumata görə, Bitcoin 71 min dollar diapazonunda hərəkət edərkən, Ethereum 3657 dollardan satılırdı.
Hafta.az-ın yazdığına görə, kriptovalyuta bazarının ümumi bazar dəyəri son 24 saat ərzində 7,8 faiz artaraq 2,7 trilyon dolları keçib. Bu dəyər aprelin 11-dən bəri ən yüksək həddə çatıb.
Kriptovalyuta bazarında bu artımın səbəbləri maraq mövzusuna çevrilib. Türkiyəli iqtisadçı ekspert Məhəmməd Bayramın fikrincə, FED-in faiz endirimi bu prosesdə mühüm rol oynayır. O, “Fed-in faiz endirimi üçün tarix verilə bilməz. Əslində, gözlənti minimaldır" deyib.
Bayram, “Fed-in faiz endirimi həm kriptovalyuta, həm də qızıl üçün yüksəliş trendini başlayacaq. Bitcoin-in birjada alqı-satqısına icazə verilməsi ilə leqallaşdırılması sual altına düşdü. Bitcoin və altkoinlərdə yüksəliş tendensiyası vardı” deyib.
İsrail-Fələstin müharibəsini xatırladan Bayram deyib ki, İsrail-Fələstin müharibəsi başlayanda da kriptovalyutalar sürətlə bahalaşmışdı. O, İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olduğu helikopter qəzasını xatırladaraq, “Müharibənin maliyyələşdirilməsi və maliyyənin gizlədilməsi lazım olduğu üçün kriptovalyutalar yüksəldi” deyib.
Kriptovalyutaların spekulyativ olduğunu bildirən Bayram deyib: “İran prezidenti İbrahim Rəisinin 19 may tarixində həlak olması, İsraillə Fələstin arasında qığılcımın böyüməsindən narahatlıq və müharibənin maliyyələşdirilməsi ilə bağlı kriptovalyutalarda yenidən artım oldu. Biz artımı bunlara aid edə bilərik, lakin son nəticədə kripto aktivləri spekulyativ aktivlərdir. Bir şeyin dəyəri artarsa, kimsə onu satmaq istəyir. İnvestor daxil olduqdan sonra satış olacaq. Düşünürəm ki, investorlar diqqət etməlidirlər”.