KTMT baş katibindən YENİ MÜHARİBƏ ANONSU

18:17 19.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Azərbaycan sərhədində düşünülməmiş addımlar bir neçə dövlətin iştirak etdiyi regional müharibənin alovlanmasına gətirib çıxara bilər. Bunu KTMT-nin baş katibi Stanislav Zas telekörpü zamanı deyib.

KTMT-nin “Ermənistanı tərk etmək istəməsi” fikrini şərh edən Stanislav Zas onunla razılaşmayıb: “Əlbəttə, yox. Bu il baş verən hadisələr buna sübutdur. Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”. Baş katib xatırladıb ki, o, missiyanın bir hissəsidir.

"Bəziləri, hətta yüksək rütbəli məmurlar belə fikirlər səsləndiriblər ki, niyə işğalın aradan qaldırılmasına kömək etməyiblər... bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına qədər bu cür addımların mümkün nəticələrini başa düşməlisiniz", - Zas xəbərdarlıq edib.

Siyasət rubrikasından digər xəbərlər