Kürdəmir rayon sakinindən ov tüfəngi götürülüb

15:45 20.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Kürdəmir rayonun Dayıkazımlı kənd sakini S.Feyzullayevdən “İJ-57” markalı ov tüfəngi rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində götürülüb.

Laçın rayon sakini S.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində götürülüb.