Yazını böyüt
Yazını kiçilt
Kürdəmirdə intihar hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Beləki, kənd sakini 41 yaşlı Fərman Məmməd oğlu Məmmədov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kurdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.