Yazını böyüt
Yazını kiçilt
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qərb Hərbi Dairəsinin 6 hərbi qulluqçusu Kursk vilayətində səngərdə baş verən yanğın nəticəsində həlak olub.
Agentliyin məlumatına görə, “hərbi qulluqçular tərəfindən yanar materiallarla işləyərkən təhlükəsizlik tələblərinin kobud şəkildə pozulması nəticəsində qazma anbarında yanar maye alovlanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. İstintaqı hüquq-mühafizə orqanları Qərb Hərbi Dairəsinin komissiyası ilə birlikdə aparır.