Laçın dəhlizində rentgen skanerinin quraşdırılması artıq başa çatmış mövzudur

21:20 28.02.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Görünür, Laçın dəhlizində Azərbaycan tərəfindən rentgen aparatının quraşdırılması artıq başa çatmış mövzudur”.

Hafta.az xəbər verir ki,  “ArmenianReport”un yaydığı məlumata görə, bunu fevralın 28-də jurnalistlərə müsahibəsində müxalifətçi deputat, Xocalı canisi olan terrorçu eke-prezident Serjik Sərkisyanın lideri olduğu Ermənistan Respublika partiyasının üzvü Tiqran Abramyan deyib.

O, aydınlaşdırıb ki, azərbaycanlılara  Qarabağa hansı malların gətirilməsinə nəzarət etməyə imkan verəcək rentgen skanerinin quraşdırılması müzakirə olunur.

Deputat Azərbaycanın ilkin şərtlərinin getdikcə artdığını qeyd edərək, indiki mərhələdə hansısa konsensus əldə olunsa və dəhliz açılsa belə, bunların bitməyəcəyini vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər