“Laçın yolunda ekofəalların başlatdığı aksiya haqlı tələblərə əsaslanır” - MÜNASİBƏT

12:13 30.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Xalqımızın üzləşdiyi və erməni daşnaklarının səbəb olduğu çoxsaylı soyqırımı aktları yaşamağımıza baxmayaraq dünya birliyi tərəfindən bu məsələlərdə hər zaman ikili standartlarla üzləşmişik. 1918-ci ilin mart soyqırımı bu faciələr arasında ən qanlı olaylardan biri sayılır. Bir çox rayonlarımızda hələ də həmin dövrə aid kütləvi məzarlıqlar aşkarlanır”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, kifayət qədər tarixi faktların və əyani sübutların olmasına baxmayaraq beynəlxalq aləm istər mart, istərsə də Xocalı soyqırımlarını tanımaq qəbul etmək istəmir: “Bunun da əsas səbəblərindən biri ermənilərə bəslənən xristian təəssübkeşliyidir. Lakin bu vəziyyət bizi ruhdan salmamalı, həqiqətlərin tanınması, etiraf olunması istiqamətlərində beynəlxalq səviyyədə fəaliyyətimizi daha da təkmilləşdirməliyik. Əslində, Laçın yolunda ekofəalların başlatdığı aksiyada haqlı tələblərimizi bir kənara qoyub ermənilərin “təcrid, soyqırım, humanitar fəlakət” kimi əsassız iddialarının əsas götürülməsi, ölkəmizə qarşı başladılan çirkin kampaniya mövcud reallığı göstərir. Bizim həqiqətlərimizin onların maraqları ilə uzlaşmadığını, hüquq və ədalət anlayışlarının yalnız ermənilər üçün keçərli olduğunu isbatlayır”.

Siyasət rubrikasından digər xəbərlər