Laçın yolunda gömrük postunun yaradılmasına Ermənistan mane ola bilməyəcək - Elxan Şahinoğlu

17:24 23.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxaq Məhkəmə “yol açıq olmalıldır” qərarını verə bilər, ancaq “ölkənin sərhəd və gömrük xidməti olmamalıdır” kimi absurd qərara imza ata bilməz”.

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olması barədə qərarı ilə bağlı açıqlamasında bildirib.

E.Şahinoğlu qeyd edib ki, dövlətin sərhəd və gömrük xidməti olur, ölkəyə daxil olan və çıxan nəqliyyat vasitələri və vətəndaşların sənədləri yoxlanılır.

“Bu BMT-yə üzv olan dövlətlərin hamısında belədir. Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətinin yaradılmasına Ermənistan mane ola bilməyəcək, başqalarının da səlahiyyəti yoxdur. Məsələnin texniki tərəfi Moskva ilə danışılmalıdır ki, Laçın yolundakı rusiyalı hərbi kontingentlə problem yaşanmasın. Bu prosesi sürətləndirməyə ehtiyac var”.

Siyasət rubrikasından digər xəbərlər