Lavrov Qarabağda ekoloji vəziyyət barədə suala cavab verib

17:24 05.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Üçtərəfli razılaşmaların bəndlərinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycanın sualları Rusiya Federasiyası üçün prioritet əhəmiyyət kəsb edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikirləri azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib. Müxbir dekabrın 3-də Azərbaycanın bir sıra dövlət qurumlarının Qarabağdakı Rusiya sülhməramlı kontingentinə müraciətinin nazirlərin görüşündə müzakirə olunub-olunmadığını soruşanda S.Lavrov deyib: “Azərbaycan idarələrinin nümayəndələri orada işləri Rusiya sülhməramlı kontingentinin iştirakı ilə aparırlar. Azərbaycanlı qonşularımızın və həmkarlarımızın üçtərəfli bəyanatlarda təsbit olunmuş razılaşmaların yerinə yetirilməsi mövzusunda sualları bizdən ötrü prioritet əhəmiyyətə malikdir. Bizim oradakı hərbçilərimiz bu məsələ ilə fəal məşğul olurlar”.

Oxunma sayı 1463
Siyasət rubrikasından digər xəbərlər