Yazını böyüt
Yazını kiçilt
Lerikdə 7-ci sinif şagirdini ilan sancıb.
Hafta.az-ın məlumata görə, hadisə Lerik rayonunun Kaqo kəndində baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü Aynur Asif qızı Məmmədovanı bağda ayağından ilan sancıb. A.Məmmədova Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona zəhər əleyhinə zərdab vurulub.