Marşrut avtobusu qəza törədib

10:10 02.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda marşrut avtobusu qəzaya düşüb.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata əsasən "Vətən.Az" Trans MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli müntəzəm marşrut xəttində hərəkət edən 90-HS-692 (28020) 8 Noyabr prospektində "Mercedes (99-GA-075)" maraklı minik avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi olub. Daşıyıcının bildirdiyinə görə qəza zamanı xəsarət alan yoxdur.

Daşıyıcı izahat alınması üçün Agentliyə çağırılıb.