“Məcburi köçkünlərimizin öz yurdlarına qayıdışı sürətlənəcək” – Millət vəkili

16:49 17.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair  birinci Dövlət Proqramı haqqında sərəncam imzaladı”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezidentin imzaladığı məlum sərəncamı zəruri edən məqamlarla bağlı açıqlamasında bildirib.

H.Babaoğlu qeyd edib ki, tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi  qarşımızda duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi Böyük qaydıdışın reallaşdırılmasıdır. Deputat bunun özlüyündə çətin, mürəkkəb ancaq eyni zamanda müqəddəs bir vəzifə olduğunu da önə çəkib.

“Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enetji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdədiir. Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi. Sərəncamda böyük qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyələndirilərək proqramın mərhələli şəkildə icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə turulur, eyni zamanda görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir”.

H.Babaoğlu qeyd edib ki, bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılacağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək .