Bu gün savaş təkcə döyüş meydanında aparılmır. Həmçinin informasiya müharibəsi əsas “silah” kimi daha böyük rol oynayır. Azərbaycana qarşı yönələn İranın casus şəbəkəsində medianın da yer alması təəssüf doğurur. Eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesi ölkəmizə qarşı müəyyən əks informasiyalarla dəyişdirilir. Belə bir vəziyyətdə Media Reystri mətbuatı təmizləyə biləcəkmi? Yaxud xaricdən ölkəmizə qarşı məhz özümüzdən olanların çıxışları gərgin geosiyasi mərhələdə bizə nə vəd edir. Media belə bir ağır durumda hansı gücünü ortaya qoymalıdır?
Bu istiqamətdə hafta.az-a açıqlama verən sosioloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycan dünyanın mərkəzi yerlərindən biridir və bura bir çox ölkələrin xüsusi xidmət orqanlarının eyni, zamanda beynəlxalq güclərin toqquşma meydanı kimi də istifadə edilir. Onun fikrincə, bu gün ölkəmizdə baş verən məlum proseslər məhz həmin toqquşmanın qığılcımından qaynaqlanıb.
“Biz bu kontekstdə Qarabağ məsələsini, İran-Azərbaycan, Rusiya-Azərbaycan, İran -Ermənistan münasibətlərini yada sala bilərik. Bu baxımdan istər İranın Azərbaycanda cəsusluq şəbəkəsini yaratması və bu şəbəkəyə bizim savadsız, bəzən savadlı pul qazanmaq istəyən vətəndaşların da daxil edilməsinin baş verməsi gözləniləndir. Bu şəbəkələr həm də təşkilatlanmağı, təsisatlanmağı bacarır. Azərbaycanda bir sıra media qurumunun qapadılması, onların ofislərində axtarışların aparılması, haqlarında cəmiyyətdə gəzən söz-söhbət deyilənlərə əyani bir sübutdur”.
A.X.Əbilov bildirib ki, müasir dövr özünün imkanları, informasiya kommunikasiya texnologiyaları və yeni texnoloji avadanlıqları ilə dünyanı həm ölkələrin, həm də şəxslərin ovcunun içinə qoyub. Onun sözlərinə görə, bu mənada hansısa ölkədə, hansısa qitədə oturub internet, sosial şəbəkələr üzərindən hansısa informasiya savaşına, təxribatına, siyasətinə cavab verəcək casusluq şəbəkəsinin yaradılmasına da təəccüblənməməliyik.
Sosiaoloq qeyd edib ki, dünyanın ən böyük şəbəkələri hansısa ölkələrin əlində bir alətdir.
“Məlumdur ki, instaqram, fecebook, Tvitter ABŞ-ın, TİK-Tok Çinin, Yandeks, Odnaklasnik Rusiyanındır və sair. Digər kiçik ölkələr məcburdular ki, bu şəbəkələrdən istifadə etsinlər. İnsanlar sosial şəbəkələrdən istifadə zamanı bilərəkdən, ya bilməyərəkdən “casusluq torları”na düşmüş olurlar. Bu “torlardan” bizə qonşu ölkələr də çox yaxşı istifadə edir”.
Ekspertin fikrincə, facebookda, instaqaramda, tik-tok, instaqram, yootube kimi onlayn sosial şəbəkə seqmentlərində açılan hansısa bir resursu tənzimləmək çətindir. Amma insanları maarifləndirmək olar.
“Biz insanlara çatdırmalıyıq ki, siz bilərəkdən, yaxud bilməyərəkdən cinayətkar dəstənin, şəbəkənin təsiri altına düşürsüz, onların əlaltıları olursuz. Biz bu yöndə müasir dövrün tələblərinə uyğun maarifləndirmə işini aparsaq, insanları məlumatlandırsaq düşünürəm ki, müəyyən mənada bunun qarşısını ala bilrik. Amma digər tərəfdən hüquqi baza da olmalıdır. İstər inzibati, cinayət məcələsi, istər digər qanunvericilikdə virtual əməllərlə bağlı məsələlərin kəskinliklə qoyulması və cinayət məsuliyyətinə alınma ilə bağlı bəndlərin sərtləşməsi də məsələnin həllinə yardımçı ola bilər. Beynəlxalq hüquq bu problemin həllində bir qədər çətinlik çəkir. Bildiyim qədər İngiltərə virtual aləmdə şərəf və ləyaqətin alçaldılması, iftira atılması ilə bağlı, KİV-də hansısa sobatajlarla bağlı məsələləri qanunvericiliyə gətirmək istəyir. Bir çox ölkələrin hüquq sistemi bu məsələlərə qatlaşa bilmir. Məsələn, ABŞ-da Çinin casus şəbəkəsi hesab olunaraq TİK-TOK -un iş yerlərində qadağan oluması tələb edilirdi. Iranda da o platformaları qadağan elədilər. Avropa Rusiya media qruplarının qapadılması və ətrafında gedən söz-söhbətlər də bir daha dediklərimizi sübut edir. Azərbaycanda da həm Rabitə Nazirliyinin nəzdində, həm də digər dövlət qurumlarının nəzdində virtual şəbəkələşmə, cinayət qruplaşmalarının yaradılması, casusluq, digər dövlət qurumlarına təhlükə törədəcək hallara qarşı mübarizə başlayıb. İnsanlara qanunlara riayət etməyə çağırırıq. Əlbəttə ki, Media Reystri lazımdır, amma bu, ancaq yazılı mətbuatla bağlı ola bilər. Amma onun sosial şəbəkə resurslarına necə şamil edəcəklərini deyə bilmərəm. Bu istiqamətdə komissiya yaradıb uyğun addımlar atmaq lazımdır. İctimaiyyət, media, dövlət nümayəndələrinin birgə fəaliyyəti önəmlidir, dəstəklənməlidir”.