Mədinədəki iaşə şirkətləri hər il Məscidi-Nəbəvidə lazım olan iftarları təmin etmək üçün səylə çalışırlar. Ziyarətçilərə və Ümrə zəvvarlarına gündə təxminən 300 min nəfərlik 3 mindən çox iftar süfrəsi açılır.
Hafta.az-ın yazdığına görə, Məscidi-Nəbəvi meydanlarında iftar süfrələri açılır. İftara gələnlər üçün lazımi sağlamlıq tədbirləri tətbiq edilir. İftar süfrələri su, xurma, qatıq, dukka ədviyyatı və həmin gün hazırlanan çörəkdən ibarətdir. Yeməklərin hazırlanması və qablaşdırılması Məscidi-Nəbəvi İşləri Agentliyi tərəfindən təsdiqlənir. Qalan iftar süfrələri "Neməti Qoruma Dərnəyi" tərəfindən götürülərək ehtiyacı olanlara paylanır. İftarlarda yeməklə yanaşı, isti çay və qəhvə də olur.
Agentlik iaşə şirkətləri ilə koordinasiyada oruc tutanların sağlamlıq təhlükəsizliyi üçün yüksək keyfiyyət standartlarına uyğun iftar təşkil edir, həmçinin masaların qurulacağı yerləri müəyyənləşdirir.
Ziyarətçilərə 10 milyon butulka su paylanması ilə yanaşı, 20 tankerlə gündə 400 ton zəmzəm suyu verilir və Məscidi-Nəbəvinin bir çox yerlərindəki fəvvarələr ziyarətçilərə xidmət edir. Agentlik gündə 300 min nəfərə yemək paylayır.
Yeməklərinin qablaşdırılmasında ixtisaslaşmış və Harameyn İşləri Ümumi Müdirliyi tərəfindən təsdiqlənmiş bir qida şirkəti müəyyənləşdirilmiş yeməkləri təmin etməli, ayrı-ayrılıqda qablaşdırmalı, sonra Peyğəmbər məscidinə çatdırmalı və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün bütün tibbi və profilaktik tələbləri yerinə yetirməlidir.
Sözügedən iaşə şirkətinin baş direktoru İmran Dövlət verdiyi açıqlamada yemək seçimində müəyyən qaydaların qoyulduğunu bildirib: “Peyğəmbər məscidində ziyarətçilərə seçmək və təklif etmək üçün yeddi növ xurmamız var. Məscidi-Nəbəvi ziyarətçiləri üçün hər gün təzə iftar verməklə bağlı müqaviləmiz Ramazan ayını əhatə edir. Dövlət bir yeməyin 7 rial (1,8 dollar) olduğunu bildirir və ən yaxşı çörək növlərini, xurma və yoğurtları daxil etməyə çalışır”.
Agentlik insanların təhlükəsizliyi üçün Məscidi-Nəbəvi ətrafındakı daxili və çöl meydanlarda ziyarətçilərə və ibadət edənlərə lazımi icazə alınmadığı təqdirdə sahur süfrəsi verilməsini qadağan edib.