Metro həftəsonları işləməyəcək - Rəsmi

14:20 25.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.

Hafta.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında  Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.

 

Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:

"Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".