Metroda problem - Sərnişinlər düşürüldü

10:00 02.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda qatarda növbəti dəfə problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a bildirib ki, hadisə "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib:

"Maşinist təhlükəsizlik məqsədilə qatara baxış keçirmək məcburiyyətində qalıb. Texniki problem olması ehtimalı ilə maşinist qatara baxış keçirmək üçün “Memar Əcəmi” stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib. Qatarın yerinə isə xəttə depodan yeni qatar buraxılıb”.