Milli Məclisdə büdcə müzakirələri başlayıb

11:39 02.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik müzakirə edilir.

Hafta.az-ın məlumatına görə, iclasda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər şəxslər iştirak edir.

 

Qeyd edək ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.

 
Oxunma sayı 55
Siyasət rubrikasından digər xəbərlər