Milli Məclisdə ictimai dinləmə keçiriləcək

12:52 01.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.

Parlamentdən hafta.az-a verilən məlumata görə, dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına – Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.

Siyasət rubrikasından digər xəbərlər