Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub. Təsis olunduğu dövrdən də, gənclərin formalaşmasında, bədii təxəyyülünün inkişafında, sosial problemlərinin həllində yaxından iştirak edərək, bir çox layihələr həyata keçirmişdir.
Hazırda Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsi çərçivəsində birinci konfransını keçirilib.
Layihənin məqsədi xaricdə yaşayan, orada dünyaya gəlib formalaşan gənclərimizi, soydaşlarımızı, habelə, əcnəbiləri milli mədəniyyətimiz, incəsənətimiz, tarixi həqiqətlərimiz, adət və ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirmək, xarici lobbimizi formalaşdırmaqla ölkəmizi tanıtmaq və milli maraqlarımızı qorumaqdır.
Gənclərin "Tənhalara Dayaq İctimai Birliyi"nin sədri Xoşbəxt Seidova çıxış edərək, layihə haqqında məlumat verib. Onun sözlərinə görə, vətənpərvərlik şəxsiyyəti səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğu üçün onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və xüsusilə təhsil müəssisələrində təbliğ olunması xalqımızın gələcəyi üçün həyati önəm daşıyır.
Tədbirdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu, Diaspora Komitəsinin Beynalxaq Əlaqələr və protokol söbəsinin baş məsləhətçisi İlqar Məcidli, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun direktor müavini Məlahət Fərəcova iştirak edərək mövzu haqqında ətraflı çıxış etdilər.