Milli mədəniyyətimizin təbliği müzakirə edilib

17:35 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsi çərçivəsində ikinci konfransını keçirilib.

Layihənin məqsədi xaricdə yaşayan, orada dünyaya gəlib formalaşan gənclərimizi, soydaşlarımızı, habelə, əcnəbiləri  milli mədəniyyətimiz, incəsənətimiz,  tarixi həqiqətlərimiz, adət və ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik  və vətənpərvərlik hissini gücləndirmək, xarici                          lobbimizi formalaşdırmaqla ölkəmizi tanıtmaq və milli maraqlarımızı qorumaqdır. 

Tədbirdə Diaspora Komitəsinin Beynalxaq Əlaqələr və protokol şöbəsinin baş məsləhətçisi siyasi elmlər üzrə fəlsəfə doktoru  İlqar Məcidli, Gürcüstan Azerbaycanlilarin İnteqrasiya Mərkəzinin direktoru Rafiq Hümbətov, Tarix institutunun tarix üzrə fəlsəfə doktoru dosenti Nigar Axundov iştirak edərək mövzu haqqında ətraflı çıxış etdilər.