Mingəçevir su anbarında 2 nəfər batdı

21:00 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfər batıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.