Misirdə qazıntılar zamanı 2 min mumiyalanmış qoç başı tapılıb

12:00 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirin Sevhac vilayətinin qədim Abidos şəhərində yerləşən firon II Ramses məbədinin yerində işləyən Nyu York Universitetinin arxeoloji missiyası 2 mindən çox mumiyalanmış qoç başı və Ptolemeylər sülaləsinə aid nəhəng 6-cı sülalə binası aşkar edib.

Hafta.az-ın yazdığına görə, Misir Qədim Əsərlər Ali Şurasının baş katibi Dr. Mustafa Vəzir deyib ki, kəşf firon II Ramzesin Abidosdakı həyatı, yaxın çevrəsi və məbədinin tarixi ilə bağlı mühüm təfərrüatları üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Xüsusilə bu məbədin arxeoloji və tarixi əhəmiyyətini nəzərə alsaq, 6-cı sülalədən Ptolemeylər sülaləsinə qədər məbədin yerini və 2 min ildən artıq şahidi olduğu həyatın üzə çıxarılmasına böyük töhfə verir.

“ABŞ-ın arxeoloji missiyası məbədin şimal bölgəsində yeni aşkar edilmiş anbar otaqlarından birində qoç başları ilə yanaşı bir qrup qoyun, it, çöl keçisi, inək, maral və manqus da daxil olmaqla bir sıra mumiyalanmış heyvanlar aşkar edib", - Vəzir əavə edib.

Arxeologiya nümayəndə heyətinin rəhbəri Dr. Samih İsgəndər, Ptolemeylər sülaləsi dövründə Abidosda misli görünməmiş qoç ibadəti zamanı çoxlu mumiyalanmış qoçların nəzir kimi istifadə edildiyini deyərək, Abidosda firon II Ramzesə ehtiramın onun ölümündən sonra da min il davam etdiyini bildirib.

Misir qaynaqlarına görə, 6-cı sülalə dövrünə aid yeni kəşf edilən nəhəng binanın təxminən beş metr enində qalın divarları ilə fərqli və bənzərsiz bir memarlıq dizaynı olduğu ortaya çıxdı. Bu bina Abidosdakı əvvəlki sülalənin fəaliyyəti və memarlığı haqqında məlumat verir. Bina firon II Ramzesin məbədini əhatə edən əlavə tikililər və məbəddə baş verən fəaliyyətlər haqqında yenidən düşünməyə vadar edir.

Abidos Yuxarı Misirin ən qədim şəhərlərindəndir, Nildən 11 kilometr qərbdə və Sevhac əyalətinin Əl-Balyana şəhərindən qərbdə yerləşir. Yuxarı Misirin səkkizinci bölgəsinin paytaxtı və mühüm firon yazıları ilə seçilən bu şəhərdə Seti 1 məbədi və II Ramses məbədi var. Misirdə ən qədim qayıqlar I Seti məbədinin qərbindəki qədim qəbirlərdə aşkar edilib. Seti I, 19-cu sülalənin qurucusu və krallarının əksəriyyətinə Ramses titulu verməklə məşhur olan I Ramzesin oğludur.

İsgəndəriyyə Muzeyi Kitabxanasının müdiri açıqlamasında Dr. Hüseyn Əbdülbəsirin sözlərinə görə, bu böyük kəşf II Ramses məbədinin uzun müddət fəaliyyət göstərdiyini isbatlayır və “bu qoçların simvolik qəbiristanlıqda aşkar edildiyi və sayına görə illər ərzində basdırıldığı ehtimalını ortaya qoyur".

Əbdülbəsir, Ptolemey sülaləsinin hökmdarlarının qəbul etdikləri qədim Misir inanclarına heyran qaldıqlarını deyib. Bundan əlavə, onların Qədim Misir dini ilə Yunan dinini birləşdirdiklərinə və məbədlərdə nəzir təqdimləri ilə təsvirlər yaratdıqlarına diqqət çəkib.

Oxunma sayı 356