Moskva açıq şəkildə prosesin uzanmasını istəyir - Ekspert

15:31 10.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ən mürəkkəb, ziddiyyətli, sabahı proqnozlaşdırılması çətin olan bir mərhələyə daxil olub”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak edən dövlətlərin ortaya qoyduğu formatları təhlil edərkən bildirib.
A.Quliyevin fikrincə, bu mərhələdəki proseslər hələ Vətən Müharibəsindən əvvəlki dövrdə “Dağlıq

Qarabağ münaqişəsi”nin həllinə yönəldilmiş danşıqlardan da mürəkkəb və çətindir.

“Çünki Vətən müharibəsinə qədər Qarabağ münaqişəsinin həlli prosesində mövcud olan formatlar aydın idi. Əvvəl Minsk Qrupunun həmsədrlik strukturunda işləyən ölkələr mənafe və maraqlar baxımından bir-birinin əksinə olsalar da, danışıq formatları - Madrid, Praqa, Kazan prinsiləri bir -birindən o qədər də fərlənmir, bir -birini kəskin şəkildə inkar etmirdilər. Ancaq bu gün danışıqlar formatı çoxşaxəlidir. Təəssüf ki, biz Vaşinqton, Moskva, Brüssel formatından danışmağa məcburuq.

Hansı ki, bu formatlarda gedən müzakirələr mahiyyətcə bir -birindən kəskin şəkidə fərlənir. Ortada yeganə aydın olan məsələ bundan ibarətdir ki, oyunpozanlıq və qızışdırıcılıqla tərəf saxlamaqla məşğul olan Fransa proseslərdən kənarlaşdırılıb. O, nə qədər cəhd göstərsə də prosesə müdaxilə edə bilmir”.

A.Quliyev eyd edib ki, sülh danışıqları formatları içərisində nisbətən obyektiv və məqsədəyönəli olan Vaşinqton farmatıdır. Vaşinqton formatı Qarabağın Azərbaycanın tərkibində saxlanması məsələsini əsas götürür. Eyni zamanda ikitərəfli dialoq məsələsini önə çəkir. Moskva formatı isə indiki şəraitdə nə sülh müqaviləsinin imzalanmasına, nə də başqa ölkələrinin, başqa danışıq formatlarının bu prosesdə üstünlük qazanmasını istəmir. Moskva indiyədək Azərbaycanla Ermənistan arasında birbaşa dialqun baş tutmasına maneə törədib. Moskva sülh sazişinin imzalanmasında, eləcə də digər mübahisəli məsələlərin həllində maraqlı deyil. Moskva açıq şəkildə prosesin uzanmasını istəyir".

Siyasət rubrikasından digər xəbərlər