Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi Kahramanmaraşdan Bakıya qayıdır

23:13 27.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə zəlzələnin baş verən ilk günündən Kahramanmaraşa könüllü gələn Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi Bakıya qayıdır.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycanın İstanbuldaki Baş konulu Nərminə Mustafayeva "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçiləri İstanbul Hava limanından yola düşən həkimlərimizə təşəkkür edərək xatirə lövhəsi hədiyyə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.