Müharibə qurtarandan sonra 300-ə yaxın insan minaların qurbanı olub – Millət vəkili

17:06 28.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan torpaqlarını işğaldan azad edib vətəndaşları geri qaytararkən bizim üçün ən böyük təhlükə mina  təhlükəsidir. Müharibə qurtarandan sonra 300-ə yaxın insan minaların qurbanı olub. Bu insanların böyük əksəriyyəti həyatlarını, bəziləri sağlamlıqlarını itiriblər.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə deyib:

“Cənab Prezident də  Şuşada qeyd edirdi ki,  minalardan təmizlənmək üçün Azərbaycana milyardlarla dollar,  təxminn 30 il də vaxt lazımdır. Qeyd etmək lazımdır ki, Azərbaycan işğaldan sonra bərpa-quruculuq işlərini tək öz vəsaitləri hesabına aparır. Məhz minaların təmizlənməsi prosesini də öz vəsaiti, gücü hesabına həyata keçirir. Minalardan təmizləmə prosesi gedir, amma təhlükə də qalır”.