Narkotik vasitələrin onlayn qaydada satışı ciddi təhlükədir - PROBLEM

16:39 19.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə bağlı bir neçə şəxs saxlanılıb. Bundan öncə də bu kimi hallar baş vermişdi. Canlı yayımda narkotikdən istifadə edən şəxs saxlanılmışdı.

Ənənəvi satışdan qaçanlar artıq sosial media üzərindən bu yola əl atırlar. Bəs bunlar necə müəyyən edilməli və hüquqi müstəvidə hansı tədbirlər görülməlidir?

Sabiq polis rəisi, hüquqşünas ekspert  Şəmsəddin Əliyev hafta.az-a açıqlamasında dedi ki, narkotiklərin daşınması və saxlanılması hallarında artım müşahidə edilib:

"Bununla mübarizədə isə yaxşı hal odur ki, gücləndirmə və qabaqlayıcı tədbirlər görülüb. Baş Mütəşəkkil dəstə çox gözəl işləyir. Amma digər tərəfdən  narkotik vasitələrin ölkəyə gətirilməsi halları artıb. Bəs bunlar necə gətirirlər? Müvafiq orqanlar bu istiqamətdə hansı addımlar atırlar. Nazirlər Kabinetində bununla bağlı komissiya yaradılıb. Dövlətin daha çox nəzarəti olmayan ərazilərdə narkotik istifadə edənlərin sayı artıb. KİV-lərin narkotiklə bağlı yayımladığı xəbərlər doğru deyil. Çünki biz bunu təbliğ etmiş oluruq. Bu cür halların bədii formada geniş oxucu kütləsinə çatdırmaq narkotik alüdəcisini pis vərdişdən uzaqlaşdırmaq yox, əksinə daha məlumatlı olmasına şərait yaradır. Bu qrupa həmçinin gənclərin də marağını çəkmək deməkdir. Sosial şəbəkələrdə bu vasitələrin təbliği yayılırsa, satışı həyata keçirilirsə daha pisdir. Çünki adətən internetdə daha çox gənc nəsil olur. Onlar da bundan yararlanırlar, zəncirvari yayılır. Ona görə də məktəblərdə 9-11-ci siniflərdə bununla bağlı müzakirələr aparılmalıdır. Tv-lərdə narkotiklərlə mübarizə ilə bağlı verlişlər olmalıdır”.