NATO 2 həftəlik təlimlərə başlayır

16:10 18.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakı ilə “Pikne” (“İldırım”) təlimləri başlayır. 

Hafta.az ölkə mediasına istinadən xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edəcək.

Təlimlər 2 həftə davam edəcək.

Əsas fəaliyyətlər Baltikyanı respublikanın şimal, qərb və şərq hissələrində baş verəcək. Təlimlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaqlar.

Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiə xarakteri daşıyır.