Naxçıvan-Bakı reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib

20:30 23.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi Bakı aeroportuna eniş edib.

Hafta.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.