Nazir müavininin atası fırıldaqçılara 13 milyon verib

19:46 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya energetika nazirinin müavininin atası fırıldaqçılar ucbatından külli miqdarda pul itirib. Bu barədə “İzvestiya” məlumat yayıb.

Fırıldaqçılar qurbanla bir neçə dəfə əlaqə saxlayıblar. Onlar özlərini Rusiya Mərkəzi Bankının əməkdaşları, mobil operatorun işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər. Həmin şəxslərin dediyinə görə, guya kimsə rusiyalıların bank hesablarına daxil olmağa cəhd edib.

Beləliklə, energetika nazirinin müavininin qohumu 12 milyon rubl itirib. “Daha 1 milyon fırıldaqçı onu telefonun uzaqdan idarə edilməsi üçün proqram quraşdırmağa məcbur edərək qəbul edib”, – nəşr yazır.

Hazırda polis hadisəni törədənləri axtarır.