Nazir Rəşad Nəbiyev Göyçayda vətəndaşlarla görüşəcək

16:50 24.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 2-də saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.

Nazirlikdən hafta.az-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün martın 1-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.