Yazını böyüt
Yazını kiçilt
Azərbaycan tərəfinin legitim tələblərinin cavablandırılmaması Xankəndi-Laçın yolundakı etiraza səbəb olub.
Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Xankəndi-Laçın yolunda keçirilən aksiyaların məlum səbəblərinin olduğunu bildirən nazir təəssüflə qeyd edib ki, etirazçıların tələbləri hələ də yerinə yetirilməyib.
“Aksiya öz axarı ilə davam edir”, - deyə Ceyhun Bayramov vurğulayıb.