Nazirlər Kabinetinin bir sıra qərarlarına əlilliklə bağlı dəyişikliklər edildi

14:40 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanunla bir sıra qanunlarda əlillik dərəcələri ilə bağlı dəyişikliklər edilib.

Nazirlər Kabinetindən hafta.az-a bildirilib ki, həmin dəyişikliklərə əsasən “I, II, III dərəcə əlillik” sözləri müvafiq olaraq “orqanizmin funksiyalarının müvafiq olaraq 31-60, 61-80, 81-100 faiz pozulmasına görə əlillik” sözləri ilə əvəz edilib. Həmçinin “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilib.

Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edilərək uyğunlaşdırma aparılması zərurəti yaranıb.

Oxunma sayı 2191