Yazını böyüt
Yazını kiçilt
Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sərdar Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ-53” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.